image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240224_164706611backend

Şirvanda oğurluq edən iki nəfər saxlanılıb – FOTO

image-728x90px

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Kamal Göyüşov və Zaur Pənahov saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Doğru.az-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq faktını etiraf ediblər.

Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı Z.Pənahovun törətdiyi digər oğurluq faktlarının üstü də açılıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs ötən ilin dekabr və cari ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 manat maddi ziyan vurub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17087605342947817037_1200x630 image-1708760534291317209_1200x630 image-1708760534323627200_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki