image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2backend

Siyəzəndə oğurluq edən şəxsin evindən silah aşkarlanıb – FOTO

image-728x90px

Siyəzəndə oğurluq edən şəxsin evindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus mağazadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakini Nəcəf Mütəlimov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs zərərçəkmişə məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan 50 manat pul və 713 manat dəyərində müxtəlif növ siqaretlər oğurlayıb.

Həmçinin N.Mütəlimovun evinə baxış keçirilən zaman oradan bir ədəd “Naqan” markalı tapança və ona məxsus patronlar aşkar edilib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Nəcəf Mütəlimovun barəsində həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki