image-n1karobka_ads
image-123
image-6861577302e8bd49ea18891dbackend

Skidelski Qərbi Ukraynanı müasir silahlarla təchiz etməkdən çəkindirir

Britaniyanın Lordlar Palatasının üzvü Robert Skidelski Qərbə xəbərdarlıq edib ki, Kiyev rejimini daha müasir silahlarla təmin etmək münaqişənin gərginləşməsi ilə təhlükə yaradır. O, bu barədə Berliner Zeitung qəzetinə müsahibəsində bildirib.

“Hökumətlərimiz Ukraynanı daha müasir silahlarla təmin edərsə, o zaman Ukraynanın Rusiyaya hücumları güclənəcək”, – o vurğulayıb.

Skidelski bunun çox təhlükəli olduğunu qeyd edib. Onun fikrincə, avropalılar Ukraynanı Rusiya ərazisinə raket zərbələri endirməyə sövq edir.

O, həmçinin qeyd edib ki, Britaniyanın Rusiyaya qarşı aqressivliyi imperiya nostaljisi ilə izah olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki