Slovakiyanın müdafiə naziri Robert Kalinyak bildirib ki, Ukrayna NATO-ya üzv olmayacaq və Avropa Birliyinə qoşulması da çətin olacaq.
Doğru.az xəbər verir ki, TASR agentliyinin məlumatına görə, nazir Ukraynanın NATO-ya qoşulmayacağını bir daha təsdiqləyib və Avropa Birliyinə üzvlükdə də problemlərin olacağını qeyd edib.
Qeyd edək ki, daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey MakQovern Ukrayna münaqişəsinin və Rusiya ilə ABŞ arasındakı münasibətlərin yaxşılaşmasının Avropa İttifaqı və NATO-ya güclü təsir etdiyini vurğulamışdı.
Eyni zamanda, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Amerikanın administrasiyasının dəyişməsindən sonra Avropanın Ukraynadakı sülh prosesində əsas maneəyə çevrildiyini bildirib.
DOĞRU.AZ




























