image-n1karobka_ads
image-123
Slovakiyada Azərbaycan səfirliyi təsis olunurbackend

Slovakiyada Azərbaycan səfirliyi təsis olunur

image-ad_qayo_720x110px

Azərbaycan daha bir ölkədə səfirlik açır.

Doğru.az-ın məlumatına əsasən, Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi səsverməyə çıxarılıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə barədə məlumat verib.

O bildirib ki, son illər Azərbaycanın xarici əlaqələri, o cümlədən Avropa ölkələri ilə münasibətləri günü-gündən artır.

“Münasibətlər getdikcə inkişaf edir və Mərkəzi Avropada yerləşən Slovakiyada səfirliyin açılması vacib əhəmiyyət kəsb edir. Həmin ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Odur ki, bu layihənin qəbulu təqdirəlayiqdir”.

Qanun layihəsi qəbul edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki