image-n1karobka_ads
image-123
image-1752046900132192930_1200x630backend

Somali “ASAN xidmət” təcrübəsini öyrənir – FOTO

İyulun 7-8-də Somali Federativ Respublikası Prezidentinin Administrasiyasının Aparat rəhbərinin müavini Mohamed Amin Şeyx Osmanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Doğru.az xəbər verir ki, səfərin məqsədi “ASAN xidmət” təcrübəsi ilə tanışlıq və əməkdaşlığın inkişaf etdirilməsidir.

Səfər, bu ilin fevralında Somali Prezidentinin Bakıya səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində reallaşıb. Nümayəndə heyəti Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla keçirilən görüşdə qonaqlara “ASAN xidmət” modeli, sosial innovasiyalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş məlumat verilib. Qeyd olunub ki, bu model artıq 25-dən çox ölkəyə ixrac olunub.

Somalidən gələn nümayəndələr ölkələrində bu təcrübəyə əsaslanan xidmət mərkəzinin yaradılmasını səbirsizliklə gözlədiklərini bildiriblər və Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndiriblər.

DOĞRU.AZ

image-17520469004784839228_1200x630image-17520469004784839228_1200x630image-17520469003098918909_1200x630 image-17520469005172660026_1200x630 image-17520469002207940284_1200x630 image-17520469001727147854_1200x630 image-175204690031133177_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki