“The National Interest” yazır ki, Avropa artıq ABŞ-a etibar edə bilməyəcəyini açıq şəkildə etiraf edib. Məqalədə qeyd olunur ki, altı il əvvəl Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq etmişdi: Avropa NATO müttəfiqlərini qorumaq üçün Amerikaya güvənə bilməz. Nəşr vurğulayır ki, Avropa indi özünü strateji geosiyasi güc kimi görməyin vacibliyini qəbul edir.
Doğru.az xəbər verir ki, dekabr ayında keçirilən Aİ sammiti Ukraynanın mümkün dağılması ehtimalının yaratdığı “dönüş nöqtəsi” kimi qiymətləndirilib. ABŞ Milli Təhlükəsizlik Xidməti hesab edir ki, Avropanın Rusiya ilə münasibətləri “əhəmiyyətli dərəcədə pisləşib” və onların həlli üçün ABŞ-ın diplomatik iştirakı vacibdir.
Bundan əvvəl Aİ-nin xarici işlər üzrə keçmiş ali nümayəndəsi Cozef Borrell ABŞ-ın artıq Aİ-nin əsas müttəfiqi olmadığını bildirmişdi. Politico isə ABŞ-ın xarici siyasətindəki köklü dəyişikliklərin Aİ liderlərini dərin böhran vəziyyətinə saldığını və mövcud transatlantik təhlükəsizlik və ticarət sistemini təhdid etdiyini yazıb.
DOĞRU.AZ




























