image-n1karobka_ads
image-123
image-5499445backend

SON DƏQİQƏ! Şad xəbər gəldi: Ukrayna ordusu bu şəhəri işğaldan azad etdi

Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün teleqram kanalında bildirib.

“Əsgərlərimiz düşməni cinahlardan mühasirəyə alıb və təmizləmə əməliyyatı həyata keçirib. Nəticədə işğalçılar itki verib, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hərbi qənimətlər – texnika, silah və sənədləri ələ keçiriblər”, – o deyib.

Qeyd edilir ki, Rusiya hərbçiləri uşaq bağçasında gizlənib. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki