image-n1karobka_ads
image-123
image-img-20250519-wa0219backend

Soner Sarıkabadayı Bakıda izdihamlı konsert verdi – FOTO/VİDEO

Türkiyənin məşhur estrada ulduzu Soner Sarıkabadayı Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Sarayında baş tutan bu musiqi gecəsi Event Office tərəfindən təşkil olunub.

Doğru.az xəbər verir ki, sevilen hitləri ilə tanınan sənətçi bakılı pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Zalda əyləşən tamaşaçılar Sarıkabadayının mahnılarına bir ağızdan qoşularaq, hər çıxışını sürəkli alqışlarla qarşılayıblar. Konsert boyu müğənninin enerjisi və səhnə performansı böyük rəğbət qazanıb.

Qeyd edək ki, Soner Sarıkabadayı təkcə ifaçı deyil, həm də bəstəkar kimi tanınır. O, Sibel Can, Demet Akalın, Murat Dalkılıç, Murat Boz və Berkay kimi Türkiyənin məşhur sənətçilərinin hit mahnılarının müəllifidir.

Zeynəb Abbasova

DOĞRU.AZ

image-img-20250519-wa0218

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki