image-n1karobka_ads
image-123
image-1720255481955716618_1200x630backend

Sosial Xidmətlər Agentliyi bu il 400-dən çox imtiyazlı şəxsi sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərib – FOTO

image-ad_qayo_720x110px

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 417 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, onlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanası, “Duzdağ” Fizioterapiya Mərkəzi və Naxçıvan Sağlamlıq Mərkəzində, eyni zamanda, “Ulusu” Sanatoriyası, “Belvedere Baku” Hotel və Şahdağ Guba & Truskavets müalicə mərkəzlərində müalicə kursu keçiblər.

Həmin şəxslər sırasına əlilliyi olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri daxildir.

DOĞRU.AZ

image-1720255481830113325_1200x630 image-1720255481955716618_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki