2018-2020-ci illərdə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün 484 milyon manat vəsait ayrılıb.
Doğru.az xəbər Dövlət Sösial Müdafiə Fonduna istinadən xəbər verir ki, sosial yardımın maliyyələşdirilməsinə 2018-ci ildə 108, 2019-cu ildə 160, 2020-ci ildə isə 216 milyon manat ayrılıb.
Beləliklə, 2018-ci illə müqayisədə 2020-ci ildə sosial yardımın maliyyələşdirilməsinə iki dəfə çox vəsaitin ayrıldığı məlum olur.