Finlandiya prezidenti Alexander Stubb etiraf edib ki, Finlandiya və İsveç yalnız indi alyansa qoşulmaq üçün müraciət etsələr, NATO üzvü ola bilməyəcəklər.
Finlandiya prezidenti Financial Times-a deyib: “Əgər biz İsveçlə NATO-ya üzvlük üçün indi müraciət etsəydik, onu alacağımıza əmin deyiləm”.
Onun fikrincə, hazırda Finlandiya və İsveçin NATO-ya daxil olmaq istəyi təxribat kimi qəbul edilə bilər.
Eyni zamanda Stubb qeyd edib ki, alyansa üzv statusunun qazanılması çox tez baş verdi, çünki insanlar Helsinki və Stokholmun “təhlükəsizlik istehlakçısı deyil, təhlükəsizlik təminatçısı” olduğunu başa düşdülər.
Bundan əvvəl Stubb Donald Trampın Ağ Evə qayıtması ilə əlaqədar “qeyri-müəyyənlik dövrünə” hazırlaşmağa çağırmışdı .
DOĞRU.AZ