“The National Interest” nəşrinin məlumatına görə, Rusiyanın beşinci nəsil Su-57 qırıcısı manevr qabiliyyətinə görə Qərb döyüş təyyarələrini üstələyir.
Doğru.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Su-57 Rusiyanın ilk beşinci nəsil qırıcısı olsa da, onun əsas üstünlüyü hücum bucaqlarında geniş manevrlər etmək bacarığıdır.
Nəşrin məlumatına görə, bu xüsusiyyət beynəlxalq hava şoularında tamaşaçıları heyrətləndirir və Rusiya təyyarə mühəndisliyinin ənənəvi prinsiplərini əks etdirir. Məqalədə vurğulanır ki, bu prinsiplər hava döyüşündə idarəolunma və yüksək effektivliyə əsaslanır.
Daha əvvəl Rostec dövlət korporasiyası Su-57-nin beşinci nəsil mühərriklə ilk sınaq uçuşunu uğurla başa vurduğunu açıqlamışdı. Həmçinin Hindistanın Rusiya qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqlara başladığı bildirilib.
DOĞRU.AZ




























