image-2000x150px
image-123
image-ads_atlas
image-cef3e5d3-c662-3450-819d-9341c94fe8af_850backend

“Sumqayıt”ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

image-728x90px

“Sumqayıt” komandasının sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

Iddianı yerli “Pressball” qəzeti irəli sürüb.

41 yaşlı mütəxəssisin bu posta namizəd olduğu bildirilib. Baqadan başqa digər namizəd “Minsk”in baş məşqçisi Vadim Skripçenkodur.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında “Sumqayıt”ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Belarus yığması UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda mübarizə aparıb. Komanda qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki