image-n1karobka_ads
image-123
image-qeza_1backend

Sumqayıtda qəza zamanı 6 nəfər xəsarət alıb

image-ad_qayo_720x110px

Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər – 1985-ci il təvəllüdlü Mirzə Dadaşov, 1969-cu il təvəllüdlü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov, 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva ağır xəsarətlərlə Sumqayıt şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Mirzə Dadaşov “Toyota Prius” markalı avtomobilin sürücüsüdür.

Hadisə 11-ci mikrorayonla 42-ci məhəllənin kəsişməsində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-in xilasediciləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki