image-ads_n1karobka_mobile
image-nocomment_e4f31057a90a05201fde575dae4e161e_pftn3cvz7uowgjsxk15mbackend

Sumqayıtda tonqal partladı: 10-dan çox uşaq xəsarət aldı

image-add-a-heading

Sumqayıt şəhərində tonqal zamanı güclü partlayış baş veribş

NOCOMMENT.az xəbər verir ki, tonqala atılan benzin qəfil alışaraq partlaması nəticəsində 2 böyük və 10-dan çox uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, alov bir anda güclənərək ətrafa yayılıb və yaxınlıqda olanlara zərər vurub.

****

Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda partlayış baş verib.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki