image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-25t092320-365backend

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb

image-728x90px

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb.

Hadisə yanvarın 24-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb.

Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi QAZ-330210 markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki