image-2000x150px
image-screenshot_20211014-140803_gallerybackend

Suqovuşandan xoş xatirələr – FOTOLAR

image-728x90px

Azad olunmasından bir il ötdü. Nəhayət bizə də, Suqovuşanda olmaq şərəfi qismət oldu.

Doğru.az xəbər verir ki,  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İB, Sahibkar Qadınlar Assosiasiya, “Təxris Olunmuş Hərbçi Gəncləri Maarifləndirmə İB və Tərtərin İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun iştirakı ilə Suqovuşandan xidmət edən hərbçilərlə və quruculuq təmir-bərpa işi görən mülki vətəndaşlarla görüşüb, onlara Qarabağ motivli xatirə hədiyələri təqdim etdik. Torpaqlarımızın azad edilməsinin ildönümü münasibəti ilə təbriklərimizi çatdırdıq.

Əlbəttə, Suqovuşanın azad olunmasının strateji önəmi mübahisə üçün mövzusu deyil. Suqovuşanda da bildirdiyimiz kimi, Müzəffər Ali Baş Komandanımızı siyasi iradəsi, qətiyyəti, prinsipiallığı, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqın dövlətlə birliyi qələbəmizi təmin edib.

Belə bir strateji ərazimizin azad edilməsində şəhid olmuş Vətən oğullarının əziz ruhu qarşısında ehtiramla baş əyib, yaralı qazilərimizə şəfa diləyib, müharibənin bütün iştirakçılarına salam – sayğılarımızı yetirdik.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

image-fb_img_1634201529325

image-fb_img_1634201571707 image-fb_img_1634201576112 image-fb_img_1634201526801

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki