image-2000x150px
image-123
image-ads_atlas
image-20210618_130340backend

Sürücü jurnalistə təzyiq göstərdi- ŞOK

image-728x90px

Çobanzadə küçəsində yerləşən Heydər Əliyev parkının qarşısında “Mercedes” E-klass 10-XT-737 dövlət nömrə nişanlı avtomobilin sürücüsü həmin küçə ilə hərəkət edən zaman sürət həddini aşıb.

Doğru.az saytının baş redaktoru İlqam Cəbiyev yolu keçərkən son anda qəzadan xilas olub. Daha sonra qeyd olunan avtomobilin sürücüsü jurnalistə təzyiq göstərək ona fiziki güc tətbiq etməyə çalışıb.

Ətrafdakı insanların müdaxiləsindən sonra sürücü qeyri-ixtiyari əməlini başa çatdıra bilməyib. Sürücünün özbaşınalığı açıq-aşkar görünüb. Buna görə İlqam Cəbiyev Daxili İşlər Nazirliyindən və Bakı Şəhəri Dövlət Yol Polisindən xahiş edir ki, bu məsələni diqqətlə saxlayıb sürücünü məsuliyyətə cəlb olunması üzərində iş aparsınlar.

Baş redaktor hüquq mühafizə orqanlarının şəffaflığına söykənərək xahiş edir.

Bakı Şəhəri Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polis polkovniki Vaqif Əsədov məsələni araşdıracağını bildirdi.

DOĞRU.AZ

image-20210618_130340 image-20210618_130341

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki