image-ads_n1karobka_mobile
image-img-20260323-wa0033backend

“Şuşa” FK-dan sərt xəbərdarlıq: Qanunsuz istifadə dayandırılsın

image-add-a-heading

“Şuşa” Peşəkar Futbol Klubu adından və brendindən icazəsiz istifadə halları ilə bağlı rəsmi mövqe açıqlanıb.

Doğru.az xəbər verir ki, klub tərəfindən aparılan araşdırmalar zamanı bəzi şəxslərin rəsmi əlaqə olmadan “Şuşa” adı altında komandalar və müxtəlif strukturlar yaratmağa cəhd göstərdiyi müəyyən edilib.

Klub rəhbərliyi bildirir ki, bu cür fəaliyyətlər qanunsuzdur və mövcud qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunub ki, klubun adı, loqosu və digər vizual elementləri yalnız rəsmi icazə çərçivəsində istifadə oluna bilər.

Rəsmi açıqlamada vurğulanır ki, bu hallarda iştirak edən şəxslər dərhal qanunsuz fəaliyyətlərini dayandırmalıdır. Əks halda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək və qanun çərçivəsində ciddi tədbirlər görüləcək.

Klub sonda bir daha bəyan edib ki, brendin qorunması və hüquqi fəaliyyət prinsipləri onların əsas prioritetidir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki