image-n1karobka_ads
image-123
image-media-susa-ifvmpg9eon8lzu0ac6bxbackend

Şuşanın Bayraq meydanında yenidənqurma işləri aparılacaq

image-ad_qayo_720x110px

Şuşa şəhərindəki Bayraq meydanında yenidənqurma və abadlıq işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Bayraq meydanının yenidən qurulması və abadlaşdırılmasının layihələndirilməsinə start verilib.

Layihələndirmə işlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu həyata keçirəcək.

Qeyd edək ki, Şuşanın Bayraq meydanı şəhərin Vaqif Cəfərov küçəsində yerləşir. 2021-ci ildə meydanın açılışı olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki