image-n1karobka_ads
image-123
image-6866bf1d02e8bd7e572d3393backend

Svetloqorskda Xalq artisti Eminin konserti 2026-cı ilə təxirə salındı

Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində iyulun 6-da Yantar Hall-da keçirilməsi planlaşdırılan müğənni Eminin konserti təxirə salınıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb. Təşkilatçılar bildiriblər ki, tədbirin ləğv olunmasına səbəb fors-major hal olub.

Konsertin yeni tarixi artıq müəyyən edilib — tədbir 6 iyul 2026-cı il tarixinə təxirə salınıb.

Konsert üçün alınan biletlər qüvvədə qalacaq. Eyni zamanda, biletlər istənilən halda alındıqları yerə qaytarıla bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki