Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, Amerika hakimiyyəti ATƏT DTİHB vasitəsilə Gürcüstanda etirazlar mexanizmini işə salmaq niyyətindədir.
Bildirilir ki, ABŞ Dövlət Departamenti oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə yeni müdaxilə alətindən istifadə etmək niyyətindədir.
“Amerikalılar Gürcüstan istiqamətində ATƏT/DTİHB rəhbərliyi ilə “əməkdaşlıq” haqqında razılığa gəliblər”, – Rusiya kəşfiyyatı bildirib.
Aydındır ki, ABŞ-ın planı ATƏT/DTİHB-nin seçkilərə 10-20 gün qalmış öz aralıq hesabatını dərc edərək “ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı” qənaətinə gəlib.
Səsvermənin ilk nəticələri bəlli olduqdan sonra “seçki prosesinin demokratiya normalarına uyğunsuzluğu” barədə bəyanat dərc olunacaq.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə parlament seçkiləri ilə bağlı kampaniyanın görünməmiş xarici müdaxilə fonunda getdiyini bildirib.
DOĞRU.AZ