image-n1karobka_ads
image-123
image-1767948268165349774_1200x630backend

Tacikistan vətəndaşı Azərbaycandan ekstradisiya edilib

image-ad_qayo_720x110px

Azərbaycanla Tacikistan arasında hüquq-mühafizə orqanları xətti ilə cinayətkarlığa qarşı əməkdaşlıq uğurla davam etdirilir.

Doğru.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş, 13 yanvar 1992-ci il təvəllüdlü Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsi ilə bağlı həmin ölkənin Baş Prokurorluğunun vəsatəti təmin olunub.

Məlumata görə, Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən, onun ekstradisiyası barədə qərar qəbul olunub. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki