image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210411_220538_748backend

Taekvondoçularımız Sofiyadan 2 medalla qayıdır

image-728x90px

Doğru.az verir ki, Azərbaycan taekvondoçuları Sofiyada keçirilən Avropa çempionatınında mübarizəni başa vurublar.

Bu gün Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.

Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub – 13:14.

İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə yensə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib – 17:19.

Nəticədə millinin hər iki üzvü medalsız qalıb.

Azərbaycan millisi isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki