Tailand hakimiyyəti Kamboca ilə sərhəddə yerləşən səkkiz ərazidə hərbi vəziyyət elan edib.
Doğru.az xəbər verir ki, bu barədə “Khaosod” portalı məlumat yayıb. Bəyanata görə, hərbi vəziyyət Chanthaburi əyalətində yeddi, Trat əyalətində isə bir rayonda tətbiq olunub.
Qeyd edək ki, Kamboca Milli Müdafiə Nazirliyi sərhəddə ölkə hərbçiləri ilə Tailand qoşunları arasında artilleriya atəşinin davam etdiyini açıqlayıb.
Politoloq Aslan Rubayev RT-yə verdiyi açıqlamada bildirib ki, tərəflər arasında gərginlik uzun illərdir davam edən Tailand məbədinin yerləşmə yeri ilə bağlı ərazi mübahisəsindən qaynaqlanır.
DOĞRU.AZ