Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan ölkənin baş naziri Nikol Paşinyanın kilsəyə qarşı siyasətini sərt tənqid edib.
Doğru.az xəbər verir ki, o, RT-yə müsahibəsində bu siyasətin mahiyyət etibarilə antixristian kampaniya olduğunu bildirib.
Tatoyan deyib ki, xristianlıq sülh, tolerantlıq və həmrəylik üzərində qurulub, lakin hökumətin atdığı addımlar bu dəyərlərlə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin erməni kilsəsi ilə bağlı mətbuatda səsləndirilmiş fikirlərinə Paşinyanın cavab verməməsi ciddi suallar doğurur.
“Bu bəyanatdan dərhal sonra, mayın 29-dan etibarən baş nazir sərt, nifrət və təhqir ritorikası ilə müşayiət olunan anti-kilsə siyasətinə start verdi”, – Tatoyan qeyd edib.
Qeyd edək ki, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan da RT-yə açıqlamasında hazırkı vəziyyəti “qanunsuzluq qarşısında hamı bərabərdir” sözləri ilə təsvir etmişdi.
DOĞRU.AZ