Tayvan ordusu ABŞ-dan təchiz edilmiş HIMARS raketlərindən istifadə edərək ilk canlı atəş təlimlərini keçirib.
Adanın Mərkəzi Xəbər Agentliyi 33 raketin Pinqtunq dairəsindəki hərbi bazadan atıldığını bildirib . Amerikalı mütəxəssislər fövqəladə vəziyyətlərdə kömək göstərmək üçün sınaq meydançasında idilər.
Daha əvvəl Taipei Times ABŞ-ın Tayvan Hərbi Dəniz Qüvvələrini JUMP 20 pilotsuz təyyarələri ilə təmin etməyi planlaşdırdığını bildirmişdi.
Çin ABŞ-ı Tayvanın siyasi ambisiyalarını dəstəkləməkdə ittiham edib.
DOĞRU.AZ