image-n1karobka_ads
image-123
image-686e4139ae5ac96f5e444be9backend

Tayvan tarixində ən böyük hərbi təlimə başlayıb

Tayvanın ən iri hərbi təlimi olan illik Hanguang manevrləri iyulun 9-da başlayıb.

Doğru.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, bu ilki təlimlər adətə görə beş gün deyil, on gün davam edəcək və iyulun 18-də başa çatacaq.

Təlimlərdə rekord sayda – 20 min nəfərdən çox ehtiyatda olan hərbçi iştirak edir. Bu, Tayvan tarixində hərbi qüvvələrin iştirakı baxımından ən genişmiqyaslı hazırlıq sayılır.

Qeyd edək ki, bundan əvvəl Çin Prezidenti Si Cinpin ABŞ-ı Tayvan məsələsində ehtiyatlı olmağa çağırmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki