Tayvan 2025-ci ilin ilk yarısında pilotsuz uçuş aparatlarının ixracını rekord həddə çatdırıb. Məlumata görə, bu ilin ilk altı ayında dron ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 749 faiz artıb.
Doğru.az xəbər verir ki, Tayvanın gömrük idarəsinin açıqladığı statistikaya əsasən, dron ixracının ümumi dəyəri 11,89 milyon ABŞ dollarına çatıb. Bu barədə məlumatı Tayvanın Mərkəzi Xəbər Agentliyi (CNA) yayıb.
Tayvan istehsalı olan pilotsuz təyyarələrin əsas alıcısı Polşa olub. Polşanı ABŞ, Almaniya və Çexiya izləyir.
Qeyd edək ki, daha əvvəl Tayvan tarixinin ən böyük hərbi təlimlərinə başladığını elan etmişdi.
DOĞRU.AZ