image-ads_n1karobka_mobile
Tərtərin icra başçısı şəhid anasını təhqir etdi VİDEObackend

Tərtərin icra başçısı şəhid anasını təhqir etdi VİDEO

İkinci Qarabağ müharibəsindən öncə və hal-hazırda da Tərtərin icra başçısı Müstəqim Məmmədovun rayonda etdiyi özbaşnalıq, korrupsiya və rüşvətxorluq hallarına yol verməsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər tirajlanmaqdadır.Rayon sakinlərini incitməsi artıq dövlətimizin bir çox hüquqi şəxslərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə rəsmi müraciət etməsinə səbəb olub. Rayonda at oynadan, rayonu atasının mülki hesab edən icra başçısı Müstəqim Məmmədov növbəti özbaşnalığını şəhid anasına qarşı edibdir.
Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn rayon sakini gizir Aslanov Xəyal Qüdrət oğlunun şəhid olduğu gün icra başçısının anasına dediyi “1000 manat alırdın yaxşıydı, öləndə pis?!! sözü ictimaiyyət tərəfindən birmənalı qəbul olunmayıb.

Reportyor.info-ya danışan şəhid anası açıqlamasında bildirib ki, “X.Aslanov 2014-cü ildən Orduda gizir kimi xidmət edib.Ordumuzun əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-dən ön xətdə olub. Sentyabrın 28-də bizə zəng gəldi ki, Xəyal yaralanıb. Həmin an Xəyalın əmisi uşaqları ilə bir yerdə Tərtər rayon İcra Hakimiyyətinə getmişik. Orada Xəyalı istəmişəm, demişəm ki, uşağımı verin.
Bu vaxt hərbi səhra formasında biri mənə yaxınlaşıb dedi ki, 1000 manat alanda yaxşıydı, öləndə pis?! Bu sözdən sonra orada huşum gedib.Ayılanda gördüm ki, oğlumun tabutu artıq qapıya gəlib. Xəyalın dəfnindən üç gün sonra qaynımın oğlundan soruşdum ki, hərbi formada olan, mənə o sözü deyən şəxs kim idi?.Dedi ki, Tərtərin icra başçısı Müstəqim Məmmədov idi”.

Şəhid anası qeyd edib ki, Tərtərin icra başçısı oğlunun dəfnində iştirak etməyib: “Həmin günlərdə rayon çəkiliş edən müxbirlərlə dolu idi, bir nəfər çəkiliş aparmayıb. Özü də Xəyal Tərtərə gələn ilk şəhid idi.O, Talış istiqamətində gedən döyüşlərdə Qərargah rəisi ilə birlikdə şəhid olub. Amma bu günə kimi icra hakimiyyətindən heç kəs bizimlə maraqlanmayıb.Nə oğlumun qəbrinə gül qoyub, nə qapımızdan bir bayraq asılıb.Xəyalın xəbəri gələn gün İcra Hakimiyyətində 150-200 adam olardı, tək qadın mən idim. O an ayaqyalın şüşələrin üstündə qaçıb oğlumu istəyirdim.Ancaq gah birinin işi vardı, biri qapıçı idi, biri süpürgəçi… Yəni hərənin öz işi var imiş, heç kəs yaxın gəlmir, maraqlanmır.

Bu müddət ərzində gözləmişəm ki, bəlkə icra başçısı Xəyalın atasına zəng edər, ya bir üzrxahlıq edər, heç olmasa oğlumun məzarına bir gül göndərmiş olar. Bunların heç birini etməyib.
Əvəzində həmin gün əlləri cibində gəzirdi, mənə də dedi ki, 1000 manat alanda yaxşıydı, öləndə pis?! Mən də istəyirəm ki, Prezident bu məsələdən agah olsun. Mən həm şəhid bacısıyam, həm şəhid anasıyam.Bizə olan hörmət budur? Təsəvvür edin ki, müharibə vaxtı 40 gün Bərdədə məktəbdə qaldıq, Tərtər İcra Hakimiyyətindən maraqlanan olmadı.

Yenə Bərdə icra başçısı Vidadi İsayev sağ olsun, bizimlə maraqlandı, mənəvi dəstək oldu, bizi yerləşdirdi. Bu gün heç nə istəmirəm.
Sadəcə, Tərtərin icra başçısı Müstəqim Məmmədov Xəyalın şəhid olduğu günü mənə dediyi “1000 manat alırdın yaxşıydı, öləndə pis?!! sözünün açıqlamasını versin.
Çünki o şəhidlər qanları ilə istehkamları dağıdıblar, qanları ilə qəhrəmanlıq dastanı yazıblar. Xəyal ona görə canını verməyib ki, anasına icra başçısı belə söz desin”.

Biz Dogru.az olaraq, şəhid anasının fikirlərini olduğu kimi sizə təqdim etdik. İnanırıq ki, tezliklə Tərtərin icra başçısı Müstəqim Məmmədov işlətdiyi yersiz sözünə görə şəhidin ailəsindən üzr istəyəcək. Çünki, üzr istəməyə məcburdur. Unutmasın ki, düşmənin tapdağı altında qalan əzəli torpaqlarımız Xəyal Aslanov kimi igid oğlanlarımızın, qazilərimizin sayəsində azad olunubdur.

Ümid edirik ki, tezliklə hər zaman xalqının yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid anamızın bu müraciətini diqqətdə saxlayaraq, özünü rayonun xanı hesab edən Müstəqim Məmmədovla bağlı ciddi ölçü götürəcək.

Səbuhi Eltonlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki