image-2000x150px
image-123
image-ads_atlas
image-647d7a5582108647d7a5582109168594491777f6fbc8c0c5d14903a795ef189f13ecbackend

Təyyarədə halı pisləşən əcnəbi Bakıda xəstəxanada ölüb

image-728x90px

Çinin Honkonq şəhərində anadan olmuş, həm Çin, həm də Böyük Britaniya Krallığının vətəndaşlığı olan Tsanq Yau Keunq Bakının Mərkəzi Klinik Xəstəxanasında ölüb.

“Report”un xəbərinə görə, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, mayın 29-da Honkonq şəhərindən Böyük Britaniya Krallığına uçan təyyarədə Tsanq Yau Keunqun vəziyyəti qəflətən pisləşib.

Buna görə təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib və daha sonra Tsanq Yau Keunq təcili tibbi yardım avtomobili ilə Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Xəstəxanada müayinə zamanı Tsanq Yau Keunqun ürəyindən uzun müddətdir müalicə aldığı, ürəyinə stent qoyulduğu müəyyən edilib. Ona mərkəzin reanimasiya şöbəsində tibbi yardım göstərilməsinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki