image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_2ccee6c0091729c555545fc32bed855c_t5s73iwmhro2p16c94jx-620x460backend

THY-nin Azərbaycan üzrə ölkə direktoru “İnnovasiyalar Mərkəzi”ndə

image-728x90px

“Türk Hava Yolları” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Hamit Eldeleklioğlu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”ndə olub.

Görüş çərçivəsində Mərkəzin direktoru Vüsal Rüstəmov qurumun yaradılması məqsədləri, fəaliyyəti, sosial layihələr, innovasiya və startap ekosisteminə verilən töhfələr, yeni startaplar və yüksək texnologiyaların inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” mərkəzi, “ilab” innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olub.

Həmçinin qonaq “Bilim Bakı” mərkəzinə “Türk Hava Yolları”na məxsus təyyarə maketini hədiyyə edib, “Arzular” guşəsində şagirdlərə diləyini yazıb.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki