image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210508_092109_255backend

Tokio-2020: Qadın güləşçimizdən lisenziya

image-728x90px

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Doğru.az-ın məlumatına görə, 68 kq-da yarışan idmançı finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə qarşılaşıb.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn Manolova həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Qeyd edək ki, bunadək qadın güləşçilərdən yalnız Mariya Stadnik (50 kq) Tokio olimpiadasına vəsiqə qazanıb. Bu, Azərbaycanın Oyunlara ümumilikdə 23-cü lisenziyası olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki