image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210329_214257_701backend

Tokio Yay Olinpiya Oyunlarında iştirak edəcək futbol komandaları bəllidir.

image-728x90px

Doğru.az xəbər verir ki, Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün futbol komandaları bəlli olub.


Son olaraq Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) iki komandası olimpiadaya vəsiqə qazanıb.

 

Meksika və Hondurasın U-23 yığmaları CONCACAF zonası üzrə təsnifat turnirində finala vəsiqə qazanıblar.

 

Honduras seçməsi yarımfinalda ABŞ-ı 2:1, Meksika isə Kanadanı 2:0 hesabı ilə üstələyib.

 

Beləliklə, Tokio-2020-də iştirak edəcək 16 komandanın hamısının adı bəlli olub.

 

Bunlar Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Yaponiya, Cənubi Koreya, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki