image-2000x150px
image-970x50px
Tokyo-2020-nin qaydaları bəlli oldubackend

Tokyo-2020-nin qaydaları bəlli oldu

image-728x90px

Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Paralimpiya Komitəsi və “Tokio-2020″nin Təşkilat Komitəsi Yaponiya paytaxtında keçiriləcək olimpiadanın qaydalarının birinci versiyasını təqdim edib.

Doğru.az xəbər verir ki, bu barədə IOC-un rəsmi saytı məlumat yayıb.
Lojistik səbəblərdən ilk versiya beynəlxalq federasiyalar və rəsmi nümayəndələr üçün nəzərdə tutulub. Qarşıdakı günlərdə isə idmançılar və media işçiləri üçün təlimatlar açıqlanacaq.
Təlimatlar olimpiya və paralimpiya oyunlarının iştirakçıları üçün rəsmi mərkəzləşdirilmiş məlumat mənbəyidir və yarışın təhlükəsiz keçirilməsinə xidmət edəcək.

Burada əsas prinsiplərdən biri minimum 2 metrlik sosial məsafəni qorumaq, maskadan istifadə etmək, qapalı və sıx məkanlardan uzaq olmaqdır. İkinci vacib məsələ koronavirus testi vermək, cavab müsbət çıxarsa, özünü təcrid etməkdir. Həmçinin şəxsi gigeyena qaydalarına da ciddi əməl olunmalıdır.

İdmançılar yarışlarda tamaşaçı kimi iştirak edə bilməyəcəklər. Onlar Tokioya səfərdən 14 gün öncə koronavirus testinin mənfi olduğu barədə sənəd təqdim etməlidir.
Hər ölkə öz nümayəndə heyəti üçün xüsusi şəxs təyin etməlidir. O, IOC, Təşkilat Komitəsi və Yaponiyanın yerli səhiyyə idarələrini mütəmadi olaraq, COVID-19-la bağlı vəziyyət barədə məlumatlandırmalıdır.
Qaydaların növbəti versiyasının apreldə dərc ediləcəyi vurğulanıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki