“Qara geyimli kişilər” filminin məşhur aktyoru Tommi Li Consun qızı Viktoriya San-Fransiskoda yerləşən oteldə ölü tapılıb.
Doğru.az xəbər verir ki, TMZ-nin məlumatına görə, Viktoriya Consun cəsədi yanvarın 1-i səhər tezdən San-Fransiskodakı otellərdən birində aşkarlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bildirilib ki, ölümün səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı istintaq davam edir.
Qeyd edək ki, bundan əvvəl, dekabrın 28-də dünya şöhrətli fransız aktrisası Bricit Bardo 92 yaşında vəfat etmişdi.
DOĞRU.AZ




























