image-ads_n1karobka_mobile
image-69b8f1e20edf469b8f1e20edf5177372822669b8f1e20edf269b8f1e20edf3backend

Tovuzda partlayış baş verib, ölənlər var – VİDEO

image-add-a-heading

Tovuz rayonunun Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat vəziyyəti qiymətləndirilərkən ümumi sahəsi 120 kvadratmetr olan yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində evə ziyan dəyib, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki