image-n1karobka_ads
image-123
image-694de7daae5ac9070817febabackend

Tramp ABŞ qoşunlarının Nigeriyada İŞİD terrorçularına zərbə endirdiyini açıqlayıb

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Nigeriyanın şimal-qərbində İŞİD* terror qruplaşmasının mövqelərinə zərbə endirdiyini bildirib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ lideri qeyd edib ki, hücum onun Ali Baş Komandan kimi verdiyi göstəriş əsasında həyata keçirilib. Tramp paylaşımında Nigeriyada uzun müddətdir davam edən və əsasən günahsız xristianların qətli ilə nəticələnən vəhşi hücumlara diqqət çəkib, bu zorakılığın misli görünməmiş miqyas aldığını vurğulayıb.

O, bundan əvvəl də Suriyada Palmira şəhəri yaxınlığında ABŞ əsgərlərinin ölümündə əli olan terrorçulara qarşı uğurlu və genişmiqyaslı zərbə endirildiyini açıqlamışdı. Xatırladaq ki, dekabrın 13-də Suriyanın mərkəzində yerləşən Palmira yaxınlığında Amerika və Suriya hərbçilərinə hücum edildiyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki