ABŞ prezidenti Donald Tramp “Amerikanın Səsi” radio şəbəkəsini tam fəlakət adlandırıb və Konqresdəki partiyadaşlarını onu tamamilə məhv etməyə çağırıb.
Amerika liderinin sözlərinə görə, heç bir respublikaçı bu “demokratların ruporu”nun mövcudluğunu istəməməlidir.
“Bu, tam, solçu fəlakətdir – heç bir respublikaçı onun sağ qalmasına səs verməməlidir. Onu öldürün”, – siyasətçi Truth Social sosial şəbəkəsində yazıb.
Mart ayında Amerikanın Səsi* əməkdaşları Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar.
Həmçinin bildirilib ki, Dövlət Dumasının deputatı Vitali Milonov RT ilə söhbətində Amerikanın Səsi* və Azadlıq Radiosunun** əməkdaşlarını ABŞ-da media qurumlarının bağlanması ilə əlaqədar Rusiyaya gəlməməyə çağırıb.
DOĞRU.AZ