image-n1karobka_ads
image-123
image-69714942ae5ac90abf11ad76backend

Tramp: “Bəzən diktatora ehtiyac olur”

image-add-a-heading

ABŞ prezidenti Donald Tramp bəzi hallarda diktator tipli idarəetmənin zəruri ola biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində biznes liderləri ilə görüşən Tramp onun barəsində “dəhşətli diktator” deyənlərin olduğunu qeyd edib. ABŞ lideri bu fikirlərə münasibət bildirərək belə deyib:

“Bu tip insanlara diktatoram deyirlər. Bəzən diktatora ehtiyac olur. Əgər belə hallar olmasaydı, onlar bunu deməzdilər. Bütün bunlar sağlam düşüncədir”.

Qeyd edək ki, Tramp bundan əvvəl NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya məsələsi üzrə razılığa gəldiyini də açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki