ABŞ prezidenti Donald Tramp ABŞ-ın TikTok sosial şəbəkəsinin yarısına haqqının olduğunu bildirib.
“Əgər mən ABŞ üçün müqavilə bağlasam, o zaman düşünürəm ki, yarısını almalıyıq. Başqa sözlə, düşünürəm ki, ABŞ-ın TikTok-un yarısını almaq hüququ olmalıdır”.
Bundan əvvəl Tramp ABŞ-da bloklanan TikTok sosial şəbəkəsini “xilas etmək” üçün çağırış etmişdi. O, ölkədə qadağanın dayandırılması ilə bağlı fərman verəcəyinə də inandırıb.
TikTok daha sonra tətbiqin ABŞ-da yenidən açıldığını bildirdi.