ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp bloqqer Faroq Sarmada müsahibəsində ABŞ-ın Rusiya və Çinlə “yaxşı anlaşacağı” fikrini bildirib.
Onun sözlərinə görə, xarici qüvvələr var, onların arasında düşmənlər də var, bəziləri isə onları Rusiya və Çin adlandırır.
“Onların düşmən olub-olmadığını bilmirəm. Düşünürəm ki, Çinlə çox yaxşı anlaşacağıq. Düşünürəm ki, Rusiya ilə yaxşı anlaşacağıq”, – TASS Trampdan sitat gətirir.
Tramp daha əvvəl demişdi ki, ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə ehtiyacı yoxdur.
Bundan əlavə, Tramp indiki Amerika lideri Co Baydeni Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamaqdan imtina etdiyinə görə tənqid edib.
Mənbə TASS