image-ads_n1karobka_mobile
image-678e98d002e8bd71af6199bcbackend

Tramp ən güclü ABŞ ordusunu yaratmağa söz verib

image-add-a-heading

ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp inauqurasiya nitqində məqsədi ölkənin düşmənlərini məğlub etmək olacaq ən güclü Amerika ordusunun yaradılmasına söz verib.

“2017-ci ildə olduğu kimi, biz yenidən dünyanın indiyə qədər gördüyü ən güclü ordunu yaradacağıq”, – Amerika lideri vurğulayıb.

Onun fikrincə, uğur döyüşlərdəki qələbələrlə deyil, daha çox “ABŞ-ın girmək məcburiyyətində qalmadığı” müharibələrin başa çatması ilə ölçüləcək.

“Bizim ordumuz yeganə missiyasına diqqəti yönəltməkdə azad olacaq: Amerikanın düşmənlərini məğlub etmək”, – deyə Tramp yekunlaşdırıb.

Eyni zamanda o, Birləşmiş Ştatların prezidenti kimi sülhməramlı olmağa çalışacağını da əlavə edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki