ABŞ Prezidenti Donald Tramp səs-küylü açıqlama ilə yadda qalıb.
Doğru.az saytı Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, bildirib ki, İranın nüvə fəaliyyəti tamamilə dayandırılıb.
Vaşinqtonda, Ağ Evdə jurnalistlərin qarşısına çıxan Trampın sözlərinə görə, ABŞ-ın keçirdiyi hücumlar nəticəsində İranın nüvə infrastrukturu sıradan çıxarılıb.
“İranın nüvəsi ortadan qalxdı,” – deyə Tramp vurğulayıb. Onun fikrincə, İran yaxın gələcəkdə bu proqramı bərpa edə bilməyəcək.
Tramp əlavə edib ki, Tehran tərəfi danışıqlara başlamaq istəyir. Ağ Ev rəhbərinin fikirləri həm ABŞ, həm də beynəlxalq ictimaiyyət üçün diqqətçəkici siqnal olub.
İlqam Cəbiyev
DOĞRU.AZ