Donald Trump İranla müqavilə bağlamaq üçün son tarix kimi 7 aprel saat 20:00-ni (Moskva vaxtı ilə 8 aprel 03:00) göstərib.
Doğru.az xəbər verir ki, ABŞ prezidenti jurnalistlərə açıqlamasında tərəflər arasında danışıqların davam etdiyini və mühüm addım atıldığını bildirib.
Tramp daha əvvəl İranın 7 aprelə qədər Hörmüz boğazını açmadığı halda enerji və mülki infrastruktur obyektlərinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq etmişdi.
ABŞ prezidentinin bu açıqlamalarına cavab olaraq İran tərəfi boğazın yalnız ABŞ və İsrail təcavüzü nəticəsində yaranmış maliyyə ziyanın tam kompensasiya olunacağı halda açılacağını bildirib.
Bu gün İRNA xəbər agentliyi İranın ABŞ-ın müharibəyə son qoymaq təklifinə cavabını Pakistan vasitəsilə çatdırdığını, müvəqqəti atəşkəs variantını rədd etdiyini və yalnız şərtləri nəzərə alınmaqla yekun razılaşmanın mümkün olduğunu qeyd edib.
DOĞRU.AZ


























