ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələrsə, NATO üzvləri ilə ABŞ kəşfiyyatı mübadiləsini azaltmağı düşünür.
Bu barədə Politico yazır.
Qəzetin yazdığına görə, belə məlumatlara Ukraynanın münaqişədə istifadə etdiyi məlumatlar da daxildir.
“Rəsmilər kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdırmaq təklifini Trampın müşavirləri ilə ABŞ-ın NATO-da iştirakını azaltmaq üçün daha geniş planlar haqqında müzakirələr zamanı öyrəndiklərini bildiriblər”, – nəşr bildirib.
Qeyd edək ki, daha əvvəl “Financial Times” Trampın 2018-ci ildə Avropanın xərclərinin az olması səbəbindən NATO-dan çıxmaqla hədələdiyini bildirib.
Politico həmçinin qeyd edib ki, Tramp prezident kimi NATO-nu genişləndirməkdən imtina edə bilər.
Mənbə Politico