image-ads_n1karobka_mobile
image-69f3983302e8bd65cb49a330backend

Tramp Nobel Sülh Mükafatına namizəd ola bilər

Reuters agentliyinin məlumatına görə, Donald Trump Nobel Sülh Mükafatına namizəd ola bilər.

Doğru.az xəbər verir ki, məqalədə 2026-cı ildə mükafat üçün təxminən 287 namizədin nəzərdən keçiriləcəyi və Trampın da bu siyahıda olmasının ehtimal edildiyi bildirilir.

Məlumatın hələlik rəsmi şəkildə təsdiqlənmədiyi qeyd olunur. Agentlik xatırladır ki, Kamboca, İsrail və Pakistan liderləri daha əvvəl Trampın namizədliyini açıqlamışdılar.

Bundan əvvəl isə Pit Heqset rəhbərlik etdiyi Pentaqon ABŞ Silahlı Qüvvələrinin Nobel Sülh Mükafatına layiq olduğunu bildirərək, Amerika qoşunlarının dünyanın bir çox yerində təhlükəsizliyin təminatçısı olduğunu vurğulamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki