ABŞ-ın keçmiş prezidenti Donald Tramp debatda varisi Co Baydendən daha çox danışıb.
Bu barədə CNN öz statistikasına istinadən xəbər verir.
Kanalın məlumatına görə, bütün debat zamanı Tramp 40 dəqiqədən bir qədər çox, Bayden isə 36 dəqiqədən bir qədər az danışıb.
İyunun 28-də ABŞ-da Bayden və Tramp arasında ilk seçki debatı keçirilib.
DOĞRU.AZ