image-n1karobka_ads
image-123
image-6884b324ae5ac90e5c77dbe7backend

Tramp və Leyen görüşü ərəfəsində Avropa narahatdır – diplomatlar ehtiyatlanır

image-ad_qayo_720x110px

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə ABŞ-ın keçmiş və ehtimal edilən gələcək prezidenti Donald Tramp arasında gözlənilən görüş öncəsi avropalı diplomatlar ehtiyatlı optimizm içindədirlər.

Doğru.az xəbər verir ki, “Politico” nəşri iki tərəf arasında ticarət razılaşmasına yaxınlaşan əlamətlərin olduğunu yazıb. Lakin mənbələrdən birinin sözlərinə görə, “hər şey razılaşdırılmayana qədər, əslində heç nə razılaşdırılmayıb”.

Jurnalistlərin fikrincə, avropalı diplomatları əsas narahat edən Trampın qeyri-müəyyən siyasi davranışları və ticarət məsələlərində son anda qərar dəyişmək xüsusiyyətidir. Xüsusilə qeyd olunur ki, Tramp əcnəbi liderlərlə təkbətək işləməyi sevir – bu isə onun gözlənilmədən güzəştə getməsi və ya əksinə, sərtləşməsi ehtimalını artırır.

Qeyd edək ki, daha əvvəl Ursula fon der Leyen Tramp ilə Şotlandiyada danışıqlar apardığını açıqlamışdı. Görüşün nəticələri və mümkün razılaşmalar hələlik açıq qalır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki